Cümə axşamı, 09 May

Rusiya ordusunun verdiyi İTKİLƏR: "5300 ölü, 29 təyyarə, yüzlərlə əsir..."

image

Müharibənin dördüncü gününə olan məlumata əsasən, Rusiya ordusu döyüşlərdə təxminən 5300 nəfər itki verib.

Xəbər verilir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Hesablamalara əsasən, 5300 nəfərə yaxın Rusiya hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 29 təyyarəsi, 29 helikopteri, 191 tankı, 816-dan çox hərbi texnikası vurulub. Yüzlərlə hərbçi əsir götürülüb”, – deyə nazirlik Rusiyanın itkilərini açıqlayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Müdafiə Nazirliyi Ukraynaya qarşı döyüşlərdə itkilər verdiklərini təsdiqləyib, lakin rəqəmlər ictimaiyyətə açıqlanmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32